16:50 - 7.05.2025
7 may, Fineko/abc.az. Serbiya Prezidenti Aleksandr Vuçiçin Moskvaya – Qələbənin 80 illiyi münasibətilə keçirilən bayram tədbirlərinə uçan təyyarəsi Ukrayna dronlarının Rusiya bölgələrinə hücumu səbəbindən Bakıda təcili eniş edib. Bu barədə “Novosti” və “Blic” nəşrləri məlumat yayıb.
ABC.AZ xəbər verir ki, Serbiya KİV-lərinin məlumatına görə, Vuçiçin təyyarəsi artıq uçuş üçün icazə alıb və Azərbaycandan Moskvaya yola düşüb.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025