11:13 - 8.05.2025
8 may, Fineko/abc.az. ABB-nin mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödəniəcək.
ABC.AZ xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, son 7 ilin rekord göstəricisidir. "Hazırda ABB-nin 30 mindən çox səhmdarı var. Nizamnamə kapitalında 92,18% dövlətin payıdır. Son bir ildə ABB sosialyönümlü layihələr üzrə 1,6 milyard manatlıq ödənişlər edib", - deyə sədr vurğulayıb.
Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarını ABB 80 milyon manata yaxın mənfəətlə başa vurub:
"Bankın kredit portfeli 6,5 milyard manata çatıb. Bankda hazırda 4 mindən artıq əməkdaş çalışır".
Müəllif: Elmir Murad
21 İyun 2025
21 İyun 2025
21 İyun 2025
21 İyun 2025
18 İyun 2025
19 İyun 2025