Cari ildə aqrar və aqrar-sənaye məhsullarının ixracı artıb

12:00 - 8.05.2025


8 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayına əsasən xəbər verir.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,57 milyon ABŞ dolları təşkil edib.