Putin və Si Tszinpin arasında keçiriləcək danışıqların formatları açıqlanıb

12:02 - 8.05.2025


8 may, Fineko/abc.az. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tszinpin arasında 8 mayda keçiriləcək danışıqlar barədə danışıb.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, liderlərin görüşü müxtəlif formatlarda baş tutacaq.

“Əlbəttə, dar tərkibdə görüş də olacaq. Hərçənd rus-çin münasibətləri kontekstində ‘dar tərkib’ anlayışı bir qədər şərti səslənir – çünki dar tərkib kifayət qədər geniş olacaq”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Si Tszinpin dövlət səfəri çərçivəsində Vladimir Putinin dəvəti ilə ötən gün Moskvaya gəlib. O, Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edəcək. Çin liderinin səfəri 10 maya qədər davam edəcək.