Dövlət Bankı depozit hərraclarında 485 milyon manat vəsait cəlb edib

12:05 - 8.05.2025


8 may, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Nazirliyinin xəzinə qalığı üzrə keçirilən depozit hərraclarında 485 mln. manat vəsait cəlb edə bilib.

ABC.AZ xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Nazirliyin keçdiriyi bu hərraclar sektor üçün ilk təcrübədir.

Sözügedən vəsaitlərin bazarda kredit faizlərinə təsirinə toxunan A.İbrahimov bildirib ki, bu təsir hələlik məhdud formadadır.

Həmin depozitlərin qısamüddətli olduğu üçün təsirləri proqnozlaşdırmaq çətindir deyən A.İbrahimov həmçinin əlavə edib ki, cəlb edilən vəsaitlər sektorun aktivlərinə nisbətdə kiçik olsa da, likvidlik baxımından müsbətdir.

"Mərkəzi Bank bu hərracların genişləndirilməsi və təkcə sistem əhəmiyyətli bankların deyil, digər banklarında cəlb edilməsi üzərində işləyir”, - A.İbrahimov əlavə edib.