12:12 - 8.05.2025
8 may, Fineko.abc.az. Cari ilin ilk dörd ayında qeyri-neft-qaz sahəsi üzrə ixrac olunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5% artıb.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayına əsasən xəbər verir.
Qeyd olunan dövr ərzində, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8 milyon ABŞ dolları və ya 14,8%, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025