Dövlət Bankı Şuşada filial açacaq

12:26 - 8.05.2025


8 may, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ay Şuşada filial açacaq.

ABC.AZ xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bununla bağlı hazırlıq işləri gedir.

“ABB işğaldan azad edilmiş ərazilərdə ilk filial açan bank olub və Xankəndi şəhərində filial müştərilərə xidmət göstərir. İndi də daha bir şad xəbəri sizinlə bölüşmək istəyirəm. Belə ki, ABB bu ay Şuşada da filial açmağı planlaşdırır”- deyə A.İbrahimov əlavə edib.

Müəllif: Elmir Murad