Yeni nəsil kassa aparatları ilə dövriyyə 10% artıb

12:35 - 8.05.2025


8 may, Fineko/abc.az. Cari ilin ilk dörd ayında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 105.885 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb.