16:25 - 8.05.2025
8 may, Fineko/abc.az. Tramp sosial şəbəkələrdə Böyük Britaniya ilə hərtərəfli ticarət sazişi əldə etdiyini və yaxın zamanda bir neçə digər sazişin də bağlanacağını bildirib.
“O, yazıb: “Birləşmiş Krallıqla əldə edilən saziş tam və hərtərəflidir və bu, ABŞ ilə Birləşmiş Krallıq arasında münasibətləri uzun illər ərzində gücləndirəcək. Uzunmüddətli tariximiz və dostluğumuz sayəsində Birləşmiş Krallıqla əldə etdiyimiz sazişi ilk elan etmək bizim üçün böyük şərəfdir. Hazırda danışıqların ciddi mərhələsində olan bir çox digər sazişlər də bu sazişin ardınca gələcək!” — ABC.AZ xəbər verir.
Ağ Ev sazişin detalları barədə məlumatı Vaşinqton vaxtı ilə səhər saat 10:00-da açıqlamalıdır.
Sazişin Böyük Britaniya iqtisadiyyatına müsbət təsir göstərəcəyi ilə bağlı nikbinlik daha əvvəl səhm və funt sterlinqin dəyərinin artmasına səbəb olmuşdu.
21 İyun 2025
21 İyun 2025
21 İyun 2025
21 İyun 2025
18 İyun 2025
19 İyun 2025