“Turkish Airlines” buna görə Pakistana uçuşları ləğv edib

14:30 - 8.05.2025


8 may, Fineko/abc.az. “Turkish Airlines” aviaşirkəti Asiyada vəziyyətlə əlaqədar 8-9 may tarixlərində Pakistana və əks istiqamətə uçuşlar həyata keçirməyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.

“Asiyada siyasi qeyri-sabitlik səbəbindən 8-9 may tarixlərində İslamabad və Lahora uçuşlarımız ləğv edilib”, – məlumatda qeyd olunub.

Beləliklə, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı uçuş həyata keçirilməyəcək.

Şirkətin məlumatına görə, mayın 7-nə qədər bu istiqamətlərə alınmış biletləri əlavə ödəniş etmədən geri qaytarmaq və ya başqa tarixlərə dəyişmək mümkün olacaq.