Dəmir yolu ilə Bakıətrafı ərazilərə sərnişin daşımalarından gəlir 17 faiz artıb

14:43 - 8.05.2025


8 may, Fineko/abc.az. 2024-cü ildə dəmiryolları ilə Bakıətrafı ərazilərə sərnişin daşımalarından gəlirin həcmi 17 faiz artıb.

ABC.AZ xəbər verir ki, şəhərətrafı ərazilərə sərnişin daşınmasından yerli operator 5 milyon 37.9 min manatlıq gəlir əldə edilib. Bu da 2023-cü ildə qeydə alınmış 4 milyon 305.1 min manatdan 17 faiz üstələyir.

Dövlət Statistika Komitəsi açıqlamışdı ki, 2024-cü ildə şəhərətrafı ərazilərə ümumildə 8 milyon 124.3 min sərnişin daşınıb. Bu da öncəki ildəki 6 milyon 869 min manatdan 18.3 faiz çoxdur.