15:32 - 8.05.2025
8 may, Fineko/abc.az. Türkiyənin Turkish Airlines və Pegasus aviaşirkətləri Sankt-Peterburq və Moskvanın “Vnukovo” hava limanından Antalyaya, Bodruma, Dalamana və İstanbula olan bir sıra reysləri kütləvi şəkildə ləğv ediblər.
ABC.AZ xəbər verir ki, cəmi 8 may tarixində Moskvadan 24, Sankt-Peterburqdan isə 7 reys baş tutmayacaq.
Rusiya Turizm Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, hazırda qrafikdə qalmaqda olan digər reyslər də gün ərzində ləğv edilə bilər. 9 may üçün bəzi reyslər hələ qüvvədə olsa da, onların da baş tutmaması ehtimalı yüksəkdir.
“Turizm operatorları vəziyyəti təcili rejimdə həll etməyə çalışırlar. Bazar iştirakçılarından alınan ümumi məlumata görə, uçuşların ləğvi ilə bağlı vəziyyət 15 min nəfərdən çox sərnişinə təsir göstərəcək”, – deyə ATOR bildirib.
13 İyun 2025
13 İyun 2025