10:40 - 12.05.2025
12 may, Fineko/abc.az. Huawei şirkəti notbuklar və stolüstü kompüterlər üçün nəzərdə tutulmuş yeni əməliyyat sistemi – HarmonyOS 5-i təqdim edib.
ABC.AZ xəbər verir ki, bu barədə “NotebookCheck” portalı yazıb.
Yeni əməliyyat sistemi HarmonyOS-in mobil versiyasının arxitektura prinsiplərini təkrarlayır və “StarShield” və “Ark Engine” kimi təhlükəsizlik mexanizmlərini əhatə edir. Şirkət bu yeniliyin yüksək performans təmin etdiyini iddia edir, lakin hələlik “HarmonyOS”un “Windows” üzərindəki üstünlüklərini sübut edən konkret göstəricilər təqdim olunmayıb.
“HarmonyOS 5″in interfeysi ənənəvi masaüstü əməliyyat sistemlərinə xas olan tanış xüsusiyyətləri qoruyub saxlayır: "Ekranın alt hissəsində tapşırıq paneli, proqramlar və sənədlər iş masasında yerləşdirilə bilir, batareya səviyyəsi, vaxt və digər əsas sistem məlumatları isə ekranın sağ küncündə göstərilir".
21 İyun 2025
21 İyun 2025