Rusiya və Çin qlobal strateji sabitliklə bağlı birgə bəyanat qəbul ediblər

17:08 - 8.05.2025


8 may, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlardan sonra tərəflər qlobal strateji sabitliklə bağlı birgə bəyanat qəbul ediblər. Bu sənəddə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.

ABC.AZ xəbər verir ki, tərəflər ticarət əməliyyatlarının demək olar ki, tamamilə rubl və yuanla aparıldığını qeyd ediblər. Həmçinin, Çin avtomobil konsernləri, mikroelektronika və məişət texnikası istehsalçıları Rusiya bazarındakı mövcudluqlarını fəal şəkildə genişləndirirlər.

Bundan əlavə, Vladimir Putin bildirib ki, Si Cinpinlə razılaşmaya əsasən, sentyabr ayında İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi birgə qeyd olunacaq və həlak olan əsgərlərin xatirəsi anılacaq.