Azərbaycanda 22 rayonun hotelləri zərərlə işləyib

17:18 - 8.05.2025


8 may, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan hotelləri 5 milyon 685,1 min manat mənfəət əldə ediblər.

ABC.AZ Dövltə Statistika Komitəsinə istinadən xəbər verir ki, 22 rayonda hotellər ilk rübü zərərlə başa vurub.

Ən çox zərər Nafatalan şəhərinin payına düşüb. Rayon hotelləri 1 milyon 926,4 min manat zərər edib.

İkinci ən yüksək zərər 1 milyon 753,1 min manat olmaqla Lənkəran hotellərinin payına düşüb.

Qəbələ hotelləri 1 milyon 224,7 min manat, Şabran hotelləri isə 1 milyon 54,7 min manat zərər edib.

Şuşadakı hotellərin zərəri isə 861 min manata bərabər olub.

Ümumilikdə isə 22 rayon I rübü zərərlə tamamlayıb.

Yardımlı hotelləri əldə etdiyi 13,6 min manat gəliri, xərclərə yönəltdiyi üçün nə mənfəət və nə zərər edib.