AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub

11:17 - 9.05.2025


9 may, Fineko/abc.az. Bakı-Moskva reysi üzrə uçuşlar bərpa edilib.

ABC.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd edilib.

“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, - məlumatda vurğulanıb.