09:40 - 12.05.2025
12 may, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti artır.
Brent markalı neftin iyul fyuçersləri ICE Futures birjasında qiyməti saat 09:30-da $0,43 (0,67%) artaraq bir barel üçün $64,34-a yüksəldi. 9 may ticarətinin nəticələrinə görə, Brent neftinin iyul fyuçersləri $1,07 (1,70%) artaraq bir barel üçün $63,91-a yüksəldi.
Saat 09:30-da NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,46 (0,75%) artaraq bir barel üçün $61,48-a yüksəldi. 9 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçersləri $1,11 (1,85%) – bir barel üçün $61,02-a yüksəldi.
Ötən həftə Brent markalı neft 4,27%, WTI isə 4,68% bahalaşıb.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025