“European Tobacco-Baku”-nun nizamnamə kapitalı kəskin azaldılıb

10:06 - 12.05.2025


12 may, Fineko/abc.az. Azərbaycanda siqaret istehsalçısı “European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı kəskin azalıb.

ABC.AZ xəbər verir ki, ASC-nin nizamnamə kapitalı 44 milyon 635 min manatdan 134 min manata endirilib.

Şirkət bundan öncə azaldılması ilə bağlı elan vermişdi.

Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır.