10:16 - 12.05.2025
12 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanının neft və qaz korporasiyası olan “Saudi Aramco” birinci rübdə xalis mənfəətinin 5% azalaraq 97.5 milyard Səudiyyə rialı (26 milyard dollar) təşkil etdiyini bildirib.
ABC.AZ xəbər verir ki, bu rəqəm orta hesabla proqnozlaşdırılan 25.4 milyard dollardan bir qədər yaxşıdır.
“Saudi Aramco”nun səhmləri hesabatın dərcindən sonra 0.64% bahalaşıb. Şirkət həmçinin səhmdarlara rüb üçün 21.4 milyard dollar dividend ödəyəcəyini təsdiqləyib.
“Səudiyyə Aramco”nun mənfəətinin azalması neft bazarına təsir edən iqtisadi qeyri-sabitlik fonunda satışların aşağı düşməsi və istehsal xərclərinin artması ilə əlaqədar olub. Səudiyyə Ərəbistanı şirkətinin baş direktoru Amin Nasser bildirib ki, qlobal ticarət dinamikası 2025-ci ilin birinci rübündə enerji bazarlarına, iqtisadi qeyri-müəyyənlik isə neft qiymətlərinə təsir edib. “Brent” markalı neftin qiyməti yanvarda 82 dollardan (bu ilin maksimumu) cümə günü, mayın 9-da 64 dollara düşüb. “Səudiyyə Aramco” səhmləri ilin əvvəlindən demək olar ki, 11% ucuzlaşıb.
17 İyun 2025
17 İyun 2025
17 İyun 2025