11:46 - 12.05.2025
12 may, Fineko/abc.az. Bu ilin birinci rübündə Azərbaycanda bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 59 müraciətə baxılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,5% artım olub.
Belə ki, 2024-cü ilin eyni dövründə bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 40 müraciətə baxılmışdı.
“Rəqabət mədəniyyətinin mövcud olduğu mühitdə şirkətlər bazar payı əldə etmək üçün keyfiyyətin artırılması, innovativ yanaşmaların tətbiqi və istehlakçı məmnuniyyətinin yüksəldilməsi kimi müsbət həllərə üstünlük verirlər. Bu isə haqsız rəqabət hallarının qarşısını almaqla yanaşı, ədalətli və şəffaf bazar mühitinin təmin olunmasına şərait yaradır”, - deyə məlumatda qeyd edilib.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025