AZAL Pakistan və Hindistana reysləri bərpa edir?

14:24 - 12.05.2025


12 may, Fineko/abc.az. Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları”nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

AZAL-dan ABC.AZ-a bildirilib ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.