“Emirates” dünyada ən gəlirli aviasiya qrupu oldu

16:43 - 12.05.2025


12 may, Fineko/abc.az. “Emirates Group” 2024–2025-ci maliyyə ilini rekord mənfəətlə başa vurub — 22,7 milyard dirhəm ($6,2 milyard), bu da ötən ildən 18% çoxdur.

ABC.AZ xəbər verir ki, şirkətin gəliri 6% artaraq 145,4 milyard dirhəmə ($39,6 milyard) çatıb və onu dünyanın ən gəlirli aviasiya qrupuna çevirib.

Emirates Group-un yerüstü xidmət və turizm bölməsi dnata da artım göstərib: mənfəət — 1,6 milyard dirhəm ($430 milyon), qazanc — 21,1 milyard dirhəm ($5,8 milyard).

Şirkət 14 milyard dirhəm ($3,8 milyard) sərmayə yatırıb, daşımaların həcmi 4%, işçi sayı isə 9% artaraq 121 223 nəfərə çatıb (rekord göstərici).

İl ərzində Boqota və Madaqaskara yeni reyslər açılıb, Pnompen, Laqos, Adelaida və Edinburqa uçuşlar yenilənib.

2025-ci ilin martına olan məlumata görə, Emirates 80 ölkədə 148 şəhərə uçur və tərəfdaşlıqlar sayəsində 1750-dən çox istiqamətə çıxış təmin edir.