16:52 - 12.05.2025
12 may, Fineko/abc.az. Son 4 ildə Azərbaycanda bank kartlarının sayı 2021-ci ilin I rübünün sonu (10 milyon 126 min 70 kart) ilə müqayisədə 2 dəfədən çox, daha dəqiq desək, 10 milyon 333 min 840 ədəd artıb.
MTM-dən ABC.AZ-a bildirilib ki, bu da o deməkdir ki, ölkədə adambaşına düşən aktiv bank kartlarının sayı təxminən 2-yə bərabərdir.
Qeyd edək ki, 2025-ci ilin I rübünün sonuna olan məlumata görə, ölkədə aktiv olan bank kartlarının sayı son bir ildə 17,4 faiz və ya 3 milyon 38 min 782 ədəd artaraq 20 milyon 459 min 910-a çatıb. Ötən ilin I rübündə isə bu göstərici 17 milyon 421 min 128-ə bərabər idi.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025