17:04 - 12.05.2025
12 may, Fineko/abc.az. Hazırda Azərbaycanda aktiv olan bank kartlarının böyük hissəsini debet kartlar təşkil edir.
ABC.AZ xəbər verir ki, ölkədəki aktiv bank kartlarının 88,87 faizi və ya 18 milyon 181 min 786 ədədi məhz debet kartlardır.
Kredit kartlarının sayı 2 milyon 278 min 124-ə bərabərdir ki, bu da ümumi kart sayının 11,13 faizi deməkdir.
Əhalinin istifadəsində olan çoxsaylı debet kartların 18,63 faizini və ya 3 milyon 387 min 683 ədədini sosial kartlar (pensiya, müavinət və s.), 15,99 faizini və ya 2 milyon 906 min 633 ədədini isə əməkhaqqı kartları təşkil edir. Qalan 11 milyon 884 min 470 debet kart isə əhalinin əlavə istifadə üçün banklardan aldığı debet kartlardır. Bu kartlar ümumi debet kartların 65,38 faizinə bərabərdir.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025