17:10 - 12.05.2025
12 may, Fineko/abc.az. “Rosatom” və Vyetnamın Elm və Texnologiyalar Nazirliyi 2030-cu ilə qədər nüvə texnologiyaları sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
ABC.AZ xəbər verir ki, tərəflər imzaladıqları yol xəritəsinə əsasən Vyetnamda nüvə tədqiqat mərkəzinin tikintisi, Dalatda yerləşən tədqiqat reaktoruna yanacaq təchizatı, Vyetnamın MBIR (çox məqsədli sürətli tədqiqat reaktoru) beynəlxalq layihəsində iştirakı və yerli mütəxəssislərin hazırlanmasını nəzərdə tuturlar.
“Rosatom”un baş direktoru Aleksey Lixaçyov bildirib ki, Vyetnamda MBIR-1200 tipli ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başlanılıb.
10 İyul 2025
10 İyul 2025
8 İyul 2025
8 İyul 2025