17:19 - 12.05.2025
12 may, Fineko/abc.az. Hər ötən il ərzində bank kartları ilə edilən nağdsız ödəmələrin həcmində sürətli artım qeydə alınır.
Belə ki, cari ilin yanvar-mart aylarında ölkədaxili aparılan nağdsız əməliyyatların həcmi 20,6 milyard manat (20 milyard 595 milyon 819 min 549 manat) təşkil edib.
ABC.AZ xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz və ya 4,4 milyard manat (4 milyard 398 milyon 861 min 769 manat) çoxdur.
Xatırladaq ki, 2021-ci ilin I rübündə ölkədə qeydə alınan nağdsız ödənişlərin həcmi cəmi 2,08 milyard dollar təşkil edirdi. Bu o deməkdir ki, cari ilin I rübündə qeydə alınan göstərici 4 il əvvəlki illə müqayisədə 9,9 dəfə və ya 18,52 milyard manat (18 milyard 518 milyon 958 min 591 manat) artıb.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025