Azərbaycan aktiv bank kartı sayına görə Qafqaz ölkələrini geridə qoyub

17:27 - 12.05.2025


12 may, Fineko/abc.az. Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının açıqladığı rəqəmlərin müqayisəsi göstərir ki, Azərbaycan aktiv bank kartı sayına görə digər ölkələri geridə qoyub.

MTM-dən ABC.AZ-a bildirilib ki,  2025-ci ilin I rübünün sonuna olan məlumata əsasən, Azərbaycandakı aktiv bank kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz və ya 3 milyon 38 min 782 ədəd artaraq 20 milyon 459 min 910-a çatıb.

Gürcüstanda son bir ildə bank kartlarının sayı 11,4 faiz və ya 1 milyon 21 min 537 ədəd artaraq 9 milyon 980 min 643-ə bərabər olub.

Ermənistan Mərkəzi Bankının son məlumatına əsasən, ötən ilin sonunda bu ölkədəki bank kartlarının sayı 4 milyon 327 min 728 ədəd təşkil edib. Bu say son bir ildə 16,3 faiz və ya 605 min 676 ədəd artıb.