10:38 - 13.05.2025
13 may, Fineko/abc.az. ABŞ Çindən göndərilən poçt bağlamalarına tətbiq olunan tarifləri 120%-dən 54%-ə endirəcək.
ABC.AZ-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın imzaladığı icra sərəncamında deyilir.
Sənədə əsasən, dəyişikliklər ABŞ-ın şərq sahili vaxtı ilə 14 may saat 00:01-dən (Bakı vaxtı ilə 08:01) qüvvəyə minəcək. Bununla yanaşı, hər bir göndəriş üçün minimal sabit rüsum əvvəlki kimi 100 dollar təşkil edəcək.
Tramp daha əvvəl bəyan etmişdi ki, Çindən ABŞ-a göndərilən bağlamalara tətbiq olunan tarif 120%-ə qədər artırılacaq. O, həmçinin demişdi ki, 2 maydan etibarən 800 dollar və daha aşağı dəyəri olan Çin malları artıq gömrük rüsumundan azad olmayacaq.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025