11:14 - 13.05.2025
13 may, Fineko/abc.az. Türkiyənin Mülki Aviasiya Baş İdarəsi, təhlükəsizlik kəməri işarəsi sönməzdən əvvəl yerindən qalxan sərnişinlər üçün cərimə tətbiq olunacağını açıqlayıb.
ABC.AZ xəbər verir ki, türk mediasına istinadən yayılan məlumata görə, bu qaydanı pozan sərnişinlər aviareysdə qayda pozan şəxslərlə eyni kateqoriyaya daxil ediləcək və inzibati qaydada cərimələnəcəklər. Qayda təyyarə tam dayanmazdan əvvəl yerini tərk edənlərə şamil olunur.
“Turkish Airlines” şirkəti bildirib ki, bu barədə sərnişinlərə dərhal enişdən sonra məlumat veriləcək. Cərimənin məbləği açıqlanmır.
Yeni tətbiq yalnız nizam-intizam üçün deyil, həm də sərnişinlərin təhlükəsizliyi məqsədilə həyata keçirilir. Belə ki, təyyarə hələ hərəkətdə olarkən baqaj bölmələrinin açılması bir sıra xəsarət və bədbəxt hadisələrlə nəticələnib.
13 İyun 2025
13 İyun 2025