11:43 - 13.05.2025
13 may, Fineko/abc.az. Cənubi Koreyanın Samsung şirkəti qalınlığı cəmi 5,8 mm olan ultra nazik korpuslu yeni Galaxy S25 Edge smartfonunu təqdim edib.
ABC.AZ xəbər verir ki, bu modelin 2025-ci il mayın 30-da satışa çıxacağı gözlənilir. Samsung Galaxy S25 Edge-in start qiyməti 1 099 ABŞ dolları təşkil edir.
Yeni smartfonun çəkisi cəmi 163 qramdır, müqayisə üçün qeyd edək ki, Galaxy S25 Ultra 218 qramdır.
Cihaz üç rəngdə təqdim olunub. Smartfon həmçinin süni intellekt əsaslı funksiyalarla da təchiz edilib.
13 İyun 2025
13 İyun 2025