Minskdə Avrasiya İqtisadi Forumu keçiriləcək

11:53 - 13.05.2025


13 may, Fineko/abc.az. Belarus hökuməti 2025-ci ilin 26–27 iyun tarixlərində Minskdə Avrasiya İqtisadi Forumunun keçirilməsini təsdiqləyib.

ABC.AZ xəbər verir ki, BELTA agentliyinin məlumatına görə, tədbir paytaxtın beynəlxalq sərgi mərkəzində baş tutacaq. Forumun maliyyələşdirilməsi Aİİ-nin büdcəsi, Belarus Xarici İşlər Nazirliyinin vəsaitləri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına təmin olunacaq.

Forumun təşkili ilə bağlı malların alınması zamanı sadələşdirilmiş prosedur – bir mənbədən satınalma tətbiq olunacaq. Qərar rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.