12:09 - 13.05.2025
13 may, Fineko/abc.az. 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 6,3 faiz artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz artıb.
Hazırda Azərbaycan Mərkəzi Bankının pul kredit siyasətində illik inflyasiya hədəfi 2%-6% diapazonunda götürülür.
2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artım təşkil edib.
21 İyun 2025
21 İyun 2025