Almaniyada inflyasiya apreldə 2,1%-dək zəifləyib

11:10 - 14.05.2025


14 may, Fineko/abc.az. 2025-ci ilin aprel ayında Almaniyada istehlak qiymətləri illik ifadədə 2,1% artaraq mart ayındakı 2,2%-dən aşağı düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb. Aylıq müqayisədə qiymətlər 0,4% yüksəlib.

Ərzaq və alkoqolsuz içkilərin qiyməti 3,3%, xidmətlərin qiyməti 6%, geyim və ayaqqabılar 1% bahalaşıb. Məişət enerjisi isə 2,5% ucuzlaşıb.

Avropa İttifaqı standartlarına əsasən, inflyasiya illik ifadədə 2,2% təşkil edib ki, bu da son yeddi ayın ən aşağı göstəricisidir. Aylıq ifadədə qiymətlər 0,5% artıb. Bütün göstəricilər əvvəlki proqnozlarla üst-üstə düşüb.