11:38 - 14.05.2025
14 may, Fineko/abc.az. İran nüvə proqramını tam dayandırmaq tələbinə alternativ olaraq, Səudiyyə Ərəbistanı, BƏƏ və ABŞ investisiyalarının iştirakı ilə uranın dinc məqsədlərlə zənginləşdirilməsi üzrə beynəlxalq konsorsium yaratmağı təklif edib.
ABC.AZ xəbər verir ki, bu barədə The New York Times yazıb. Təklifi 11 mayda Omanda keçirilmiş görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffa təqdim edib.
Təklifə əsasən, uran 3,67%-ə qədər zənginləşdiriləcək və prosesə digər ölkələrin, o cümlədən ABŞ-ın da nəzarəti mümkün olacaq. Bu, əlavə şəffaflıq yaradacaq.
2015-ci il nüvə sazişindən fərqli olaraq, yeni razılaşmanın müddətsiz olması nəzərdə tutulur.
13 İyun 2025
13 İyun 2025