11:57 - 14.05.2025
14 may, Fineko/abc.az. Dubay Beynəlxalq Hava Limanı (DXB) gələcəkdə bağlanacaq, bütün əməliyyatlar isə Əl-Məktum Hava Limanına (DWC) köçürüləcək.
ABC.AZ xəbər verir ki, DWC-nin genişləndirilməsinin dəyəri 35 milyard dollar olaraq qiymətləndirilir. Bu layihə başa çatdıqdan sonra hava limanının illik sərnişin tutumu təxminən 260 milyon nəfərə çatacaq.
Yeni terminalın 2032-ci ildə istifadəyə verilməsi gözlənilir, lakin hava limanının genişləndirilməsi 2050-ci illərə qədər davam edəcək.
Hazırda dünyanın ən işlək hava limanı sayılan Dubay Hava Limanı 2024-cü ildə rekord sayda – 92,3 milyon sərnişin qəbul edib.
Əməliyyatların birləşdirilməsi qərarı iki hava limanının yaxın yerləşməsi və DXB-nin genişlənmə imkanlarının məhdudluğu ilə əsaslandırılıb.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025