Çinin Baidu şirkəti Türkiyə və Avropada robotaksi xidmətini işə salmağı planlaşdırır

15:23 - 14.05.2025


14 may, Fineko/abc.az. Baidu Inc. Avtonom taksi xidməti olan Apollo Go-nu Avropa və Türkiyədə sınaqdan keçirmək və istifadəyə vermək niyyətindədir. Bununla da şirkət, pilotsuz texnologiyalar sahəsində biznesini xaricdə fəal şəkildə genişləndirən Çin şirkətləri sırasına qoşulur.

ABC.AZ xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, Baidu İsveçrə poçt xidmətinin bölməsi olan Swiss Post PostAuto ilə İsveçrədə robotaksi xidmətinin açılması ilə bağlı danışıqlar aparır. Test səfərlərinin artıq ilin sonuna kimi başlanması mümkündür. Bu planlar barədə ilk dəfə The Wall Street Journal qəzeti məlumat verib.

Baidu, avtonom nəqliyyat texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı Çin şirkətlərindən biridir və beynəlxalq miqyasda iştirakını artırmaqdadır.