15:52 - 14.05.2025
14 may, Fineko/abc.az. Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) banklarda 126,283 milyon manat depoziti olub.
ABC.AZ Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 49,5 % çoxdur.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025