16:20 - 14.05.2025
14 may, Fineko/abc.az. Bu ilin mart ayının nəticələrinə görə, Özbəkistan qızıl satışı həcminə görə dünyada liderliyi qoruyub.
ABC.AZ xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası (“World Gold Council”) məlumatında deyilir.
Bildirilir ki, ölkənin Mərkəzi Bankı 11 ton qiymətli metal sataraq, ardıcıl ikinci ay ən böyük xalis satıcı olub.
Ümumilikdə, dünya mərkəzi bankları mart ayında 35 ton qızıl alıb və 18 ton qızıl satıb, 17 ton xalis alış həyata keçiriblər. Özbəkistandan sonra ən böyük satıcılar Sinqapur (-5 ton) və Qırğızıstan (-2 ton) olub.
Ən böyük alışlar isə Polşa (+16 ton), Qazaxıstan (+11), Çin (+3), Çexiya (+2) və Türkiyə (+1 ton) həyata keçirib.
2025-ci ilin birinci rübündə Özbəkistan 15 ton qızıl sataraq, bu dövr ərzində ən böyük xalis satıcı statusunu qoruyub.
13 İyun 2025
13 İyun 2025