Azərbaycan Asiyada nəqliyyat əməkdaşlığının gücləndirilməsinə çağırır

16:38 - 14.05.2025


14 may, Fineko/abc.az. Azərbaycan nəqliyyat və logistika sahəsində əməkdaşlığı həyati vacib hesab edir və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) iştirakçıları arasında bu sahənin inkişafını dəstəkləyir.

ABC.AZ xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini Azər Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan regional əlaqəliliyin və dayanıqlı inkişafın gücləndirilməsi üçün əməkdaşlığa tam hazırdır.