Hindistan TRT World agentliyinin hesabını bloklayıb

17:03 - 14.05.2025


14 may, Fineko/abc.az. Hindistan hakimiyyəti “X” sosial şəbəkəsində Türkiyənin TRT World agentliyinin hesabına girişi məhdudlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu addım Hindistan ordusunun Pakistanın hərbi obyektlərə hücum üçün Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından istifadə etdiyi ilə bağlı açıqlamasından sonra atılıb.

Bundan əvvəl, Çin tərəfindən mübahisəli Arunaçal-Pradeş ərazisi ilə bağlı paylaşımından sonra Pekinə məxsus Global Times və Xinhua agentliklərinin hesabları da bloklanmışdı. Çin həmin ərazini "Cənubi Tibet" adlandırır.