17:08 - 14.05.2025
14 may, Fineko/abc.az. Artıq bir neçə ildi Azərbaycanda keçirilən sığorta maarifləndirməsi layihəsi 2025-ci ildə də davam etdiriləcək.
Bunu ABC.AZ-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib.
ASA rəsmisi layihənin davam etdirilməsinin lazımlılığını belə əsaslandırıb:
"“Sığorta Festivalı” sığorta maarifləndirməsi layihəsinin əsas tərkib hissəsi olduğu üçün cari ildə də bu tədbiri təşkil etməyi düşünürük. Lakin, indiki mərhələdə hələ ki, festivalın keçiriləcəyi regionları müəyyən etməmişik, bu istiqamətdə fikir mübadiləsi aparılır".
Müəllif: Elmir Murad
13 İyun 2025
13 İyun 2025