“Atilla Trans and Services” QSC 100 min manat zərər edib

17:22 - 14.05.2025


14 may, Fineko/abc.az. “Atilla Trans and Services” QSC 2024-cü ili 100 min manat zərərlə başa vurub. Bu nəticə 2023-cü ilin nəticələri ilə müqayisədə kəskin geriləməni göstərir.

Belə ki, şirkət 2023-cü ili 11.23 milyon manat xalis mənfəətlə bağlamışdı.

ABC.AZ xəbər verir ki, 2024-cü ildə “Atilla Trans and Services”in əsas əməliyyat gəlirləri 6.32 milyon manat manat təşkil edib.

Bu göstərici əvvəlki illə müqayisədə artımdır. 2023-cü ildə bu rəqəm 5.94 milyon manat idi.

Lakin əməliyyat xərclərinin də artması nəticəsində əməliyyat zərəri edib. 2024-cü ildə şirkətin əməliyyat xərcləri 6.42 mln. manat olub.