09:32 - 15.05.2025
15 may, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı keçirilən hərraclarda ucuzlaşmaqda davam edir.
Londonun ICE Futures birjasında iyul ayı üzrə Brent markalı neftin fyuçers qiyməti saat 09:28-ə olan məlumata görə 1,57 dollar (2,38%) azalaraq 64,52 dollar/barrel təşkil edib. 14 may hərraclarının nəticəsinə görə, Brent markalı iyul fyuçersi 0,54 dollar (0,81%) ucuzlaşaraq 66,09 dollar/barrel olmuşdu.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayı üzrə WTI markalı neftin fyuçers qiyməti 09:28-ə olan məlumata əsasən 1,54 dollar (2,44%) azalaraq 61,61 dollar/barrel olub. 14 mayın ticarət sessiyasında isə iyun fyuçersi 0,52 dollar (0,82%) ucuzlaşaraq 63,15 dollar/barrel səviyyəsinə düşmüşdü.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025