10:28 - 15.05.2025
15 may, Fineko/abc.az. 2025-ci ilin birinci rübündə Azərbaycana idxal olunan bəzi bitki yağlarının miqdarında və dəyərində dəyişikliklər müşahidə olunub. Əlavə olaraq palma yağının idxalı ilk rübdə dayandırılıb.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin ilk rübündə Azərbaycana 11.983. ton xam günəbaxan yağı idxal olunub və bu, 15.01 milyon ABŞ dolları dəyərində başa gəlib. Bu isə hər ton üçün təqribən 1 253.15 dollar deməkdir.
2024-cü ilin eyni dövründə isə idxal həcmi 13.4 min ton, ümumi dəyəri isə 10.87 milyon dollar olub. Burada hər ton üçün orta qiymət 809.64 dollar təşkil edib.
Beləliklə, xam günəbaxan yağının tonla qiyməti 443.51 dollar (təxminən 55%) artıb, baxmayaraq ki, idxal miqdarı təxminən 1.44 ton azalıb. Bu məhsulun təxminən 100%-i Rusiya mənşəlidir. 2025-ci ilin birinci rübündə 11.95 ton günəbaxan yağı məhz Rusiyadan gətirilib.
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
18 İyun 2025