11:00 - 15.05.2025
15 may, Fineko/abc.az. Əgər ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razılıq verərsə, Tehran uranın zənginləşdirilmə səviyyəsini məhdudlaşdırmağa və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazır olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə İran İslam Respublikasının ali lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şəmxani bildirib.
Bildirilib ki, Tehran həmçinin beynəlxalq müşahidəçilərin ölkənin nüvə obyektlərinə buraxılmasına və uranın yalnız dinc məqsədlərlə zənginləşdirilməsinə razılıq verəcək. Əli Şəmxani ümid etdiyini bildirib ki, ABŞ öz bəyanatlarına uyğun hərəkət edəcək və bu halda Tehranla Vaşinqton arasında münasibətlərin “yaxşılaşa biləcəyini” ehtimal edib.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025