Qazaxıstanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır

11:34 - 15.05.2025


15 may, Fineko/abc.az. Qazaxıstanın “Air Astana” aviaşirkəti mayın 31-dən Atırau–Bakı–Atırau marşrutu istiqamətində birbaşa uçuşlara başlayır.

Dövlət Turizm Agentliyndən ABC.AZ-a daxil olan məlumata görə, uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək

Azərbaycan Turizm Bürosu (ATB) Atırau–Bakı–Atırau marşrutun üzrə açılacaq yeni birbaşa aviareysin Qazaxıstanın Atırau şəhərində keçirilən tədbirdə təqdimatını keçirib.

Təqdimatda ATB nümayəndəsi Qazaxıstandan Azərbaycana artan marağı nəzərə alaraq ölkənin sağlamlıq turizmi, aktiv istirahət, festivallar, konsertlər, MICE və qolf turizmi imkanları barədə məlumat verib. Qeyd olunub ki, 2025-ci ilin ilk dörd ayında Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 18 % artım qeydə alınıb.

Qeyd edək ki, hazırda Bakıya birbaşa uçuşlar Astana, Almatı və Aktau şəhərlərindən həyata keçirilir.