12:18 - 15.05.2025
15 may, Fineko/abc.az. ABŞ hakimiyyəti 2014-cü ildən qüvvədə olan əlavə leverec əmsalının (SLR) hesablanması qaydalarını yumşaltmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, dəyişikliklər ən iri banklar üçün kapital tələblərinin azaldılmasına və son 10 ilin ən iri derequlyasiya addımına çevrilə bilər.
SLR banklardan xəzinə istiqrazları və derivativlər daxil olmaqla bütün aktivlərə qarşı kapital saxlamağa tələb edir. Bank sektoru nümayəndələri hesab edir ki, bu qayda onların 29 trilyon dollarlıq dövlət borcu bazarında iştirakını məhdudlaşdırır.
ABŞ maliyyə naziri Skott Bessent SLR-in islahatını nazirliyin prioritetlərindən biri adlandırıb. Təklifin yayda təqdim olunacağı gözlənilir.
13 İyun 2025
13 İyun 2025