Qazaxıstan kriptobazarda milyardlarla gəlir əldə etmək istəyir

14:29 - 15.05.2025


15 may, Fineko/abc.az. Qazaxıstan hökuməti ölkəni kriptomərkəzə çevirmək və büdcə gəlirlərini artırmaq imkanlarını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, rəqəmsal inkişaf üzrə birinci vitse-nazir Kanış Tuleuşinin sözlərinə görə, mayninq enerji sisteminin modernləşdirilməsinə və səmt neft qazının utilizasiyasına kömək edə bilər.

Son üç ildə mayninq ölkə büdcəsinə 34,6 milyon dollar gətirib. 2025-ci ildən maynerlərin aktivlərinin 75%-i Astana beynəlxalq maliyyə mərkəzi birjaları vasitəsilə satılacaq. 2023-cü ildə Astana beynəlxalq maliyyə mərkəzində kriptoticarətin həcmi 1,4 milyard dollara çatıb.

Tuleuşin hesab edir ki, Astana beynəlxalq maliyyə mərkəzindən kənarda kriptoticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ölkə üzrə çevik qaydaların tətbiqi ilə illik 190 milyard tenge (372,9 milyon dollar) gəlir əldə etmək mümkündür.

Hökumət eyni zamanda kölgə bazarı ilə də mübarizə aparır: 2024-cü ildə 36 qeyri-qanuni kriptobirja bağlanıb, 3,5 mindən çox mübadilə platforması bloklanıb.