Hindistan ABŞ-yə rüsumsuz ticarət təklif edir – Detallar

15:04 - 15.05.2025


15 may, Fineko/abc.az. Hindistan ABŞ-yə rüsumsuz ticarət sazişi bağlamağı təklif edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ prezidenti Donald Trampın Dohada (Qətər) şirkət rəhbərləri ilə görüşü zamanı söylədiklərindən sitat gətirərək bildirib.

Agentliyin məlumatına görə, Yeni Dehli Trampın elan etdiyi tarif artımlarında 90 günlük fasilə çərçivəsində Vaşinqtonla ticarət sazişi bağlamağa çalışır.

Aprelin 2-də Tramp 200-ə yaxın ölkə və ərazidən idxal olunan mallara rüsumlar tətbiq edib. Hindistan üçün 26% rüsum tətbiq edilши. Bir həftə sonra, aprelin 9-da o, Çindən başqa bütün ölkələr üçün məhdudiyyətlərin dayandırıldığını elan edib.