15:17 - 15.05.2025
15 may, Fineko/abc.az. İsveçrə Rusiyaya qarşı Avropa İttifaqının 16-cı sanksiyalar paketində nəzərdə tutulan bütün tədbirlərə dəstək verərək onların təsirini gücləndirib. Bu barədə İsveçrə Federal Şurasının mətbuat xidməti məlumat yayıb.
ABC.AZ xəbər verir ki, yeni məhdudiyyətlər 15 may tarixindən qüvvəyə minib.
Sanksiyalar aşağıdakını əhatə edir:
* xrom filizləri, kimyəvi maddələr, ikili təyinatlı və hərbi təyinatlı məhsulların Rusiyaya ixracına qadağa;
* Rusiyadan emal olunmamış alüminium idxalına məhdudiyyət;
* enerji sektorunda genişləndirilmiş qadağalar;
* Rusiya limanları və hava limanları ilə əməkdaşlığa qadağa;
* Rusiya hüquqi şəxsləri və hökuməti üçün tikinti xidmətlərinə qadağa;
* Rusiya daxilində uçuşlar həyata keçirən və ya sanksiyaya məruz qalan aviadaşıyıcılara xidmət göstərən üçüncü ölkə aviaşirkətlərinə qarşı sanksiya tətbiq etmək imkanı ilə hava nəqliyyatına qadağanın uzadılması.
Bundan əlavə, İsveçrə şirkətlərinin rusiyalı tərəfdaşlara qarşı İsveçrə məhkəmələrində iddia qaldırmaq imkanı yaradılır və onların hüquqi müdafiəsi gücləndirilir.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025